Tarix : 2019 Dec 18
Kod 59187

Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 18-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Arannews-Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller, Ermənistan tərəfindən isə şəxsi nümayəndənin səhra köməkçiləri Oqnyen Yoviç, Mixail Olaru və Martin Şuster keçirəcəklər.
  • Yazılıb
  • da (də) 2019 Dec 18
  • Göndərən جهان کمالی