Tarix : 2019 Dec 17
Kod 59188

Bələdiyyə seçkilərində iştirak edəcək seçicilərin sayı açıqlandı

Mərkəzi Seçki Komissiyası (MSK) 23 dekabrda Azərbaycanda keçiriləcək bələdiyyə seçksində seçki hüququ olan vətəndaşların sayını açıqlayıb.

 Arannews-bildirir ki, Mərkəzi Seçki Komissiyasının Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, dekabrın 23-də 118 Seçki Dairəsi üzrə 5049 məntəqədə bələdiyyə seçkiləri keçiriləcək:

“Bələdiyyə seçkilərində iştirak etmək üçün seçici siyahılarına 4 milyon 973 min 47 seçici daxil edilib”.

MSK rəsmisinin sözlərinə görə, torpaqları erməni işğalında olan məcburi köçkün vətəndaşlarımız bələdiyyə seçkilərində iştirak edə bilmirlər:

“Məcburi köçkünlərin qeydiyyatda olduqları yer işğal altında olduğuna görə onlar bələdiyyə seçkilərində iştirak edə bilmirlər. Çünki onların bələdiyyələri yoxdur”.

  • Yazılıb
  • da (də) 2019 Dec 17
  • Göndərən جهان کمالی