Tarix : 2008 Jul 19
Kod 5919

HAYRÜNNİSƏ GÜL: ''BAŞIMI ÖRTÜRƏM, BEYNİMİ DEYİL''

Türkiyə prezidenti Abdulla Gülün həyat yoldaşı Hayrünnnisə Gül, İngiltərə qəzetinə verdiyi müsahibədə hicab üçün "Mən başımı örtürəm, beynimi deyil" deyib
Beynalxalq Servisi/Aran Agentliyi

"Birlik-Azərbaycan" İnformasiya Agentliyi "ANKA"-ya istinadən xəbər verir ki, Türkiyə Respublika başçısı Abdullah Gülün həyat yoldaşı Hayrünnisə Gül, İngiltərənin "The Times" qəzetinə verdiyi müsahibədə, hicab mövzusu ilə laqədar suala "Mən başımı örtürəm, beynimi deyil" deyib. "The Times" qəzetinin müxbirinin "Dünyəvilər, sizdən qorxurlar" sualına isə Hayrünnisə Gül, ingiliscə olaraq "Siz məndən qorxursunuzmu?" deyərək cavab verib.

  • Yazılıb
  • da (də) 2008 Jul 19