Tarix : 2019 Dec 20
Kod 59198

Bakı - Məşhəd reysinin ilk sərnişinləri belə qarşılandı

Bakı - Məşhəd - Bakı təyyarə reysi açılıb

Arannews-Rasthaber Azərbaycan"a istinadən xəbər verir ki, Bakı - Məşhəd - Bakı təyyarə reysi açılıb.

Reyslə gələn ilk sərnişinləri Məşhəd İmam Rza Ziyarətgahının xadimləri qarşılayıb.

Reysdə Ayətullah Xameneinin Azərbaycan təmsilçisi Seyid Ocaq Nejad, İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə, Məşədi Dadaş məscidinin İmamı, ilahiyyatçı Hacı Şahin Həsənli və başqaları da müqəddəs şəhərə gəliblər.

Qeyd edək ki, bu hava reysini Azərbaycan Respublikasının "Buta Airways" aviasiya şirkəti və "Baku Star" turizm şirkəti bir iranlı şirkətin həmkarlığı ilə açıblar.

  • Yazılıb
  • da (də) 2019 Dec 20
  • Göndərən جهان کمالی