Arannews-Rasthaber Azərbaycan"a istinadən xəbər verir ki, Bakı - Məşhəd - Bakı təyyarə reysi açılıb.
Reyslə gələn ilk sərnişinləri Məşhəd İmam Rza Ziyarətgahının xadimləri qarşılayıb.
Reysdə Ayətullah Xameneinin Azərbaycan təmsilçisi Seyid Ocaq Nejad, İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə, Məşədi Dadaş məscidinin İmamı, ilahiyyatçı Hacı Şahin Həsənli və başqaları da müqəddəs şəhərə gəliblər.
Qeyd edək ki, bu hava reysini Azərbaycan Respublikasının "Buta Airways" aviasiya şirkəti və "Baku Star" turizm şirkəti bir iranlı şirkətin həmkarlığı ilə açıblar.