Tarix : 2008 Jul 19
Kod 5920

KOMPYÜTER BİLMƏYƏN MƏMUR İŞİ TƏHVİL VERSİN

Rusiya ölkəsində kompyüter öyrənməyən məmurlar işdən azad ediləcək
Beynalxalq Servisi/Aran Agentliyi
"Birlik-Azərbaycan" İnformasiya Agentliyi "Pravda" qəzetinə istinadən xəbər verir ki, Rusiyanın yeni dövlət başçısı Dimitri Medvedev, dövlət orqanlarında işləyən məmurların kompyüterdən istifadə qaydasını şərt qoyaraq "kompyüterdən istifadə qaydasını öyrənməyənlər özlərinə yeni iş tapsınlar" deyib. Rusiyada nəşr olunan "Pravda" qəzetində verilən xəbərə görə, Rusiya Dövlət Başçısı Dimitri Medvedev, kompyüterdən istifadə qaydasını bilməyən məmurların işlərini təhvil verməsini istəyib.

Qəzetin xəbərinə görə, Dövlət başçısı Medvedev, dünənki yığıncaq əsnasında, dövlətin internet istifadəsini təşviq edəcəyini açıqlayıb.

Rusiya prezidenti Dmitri Medvedev, verdiyi qərarın lazım olduğunu ifadə edərək, 2010-cu ilə qədər bütün dövlət işlərinin elektronik mühitə köçürülməsinin lazım olduğunu ifadə edib.

Dmitri Medvedev etdiyi şərhdə, "Ya öyrənin ya da xudahafiz, özünüzə başqa iş yeri tapın. Kompüter ilə təməl əməliyyatı edə bilməyən məmurların təsirli çalışması qeyri-mümkündür. Biz oxuma-yazma bilməyənləri də işə götürmürük. Bu meyarın zamanla tətbiq olunması şərtdir" deyə danışıb.
 
  • Yazılıb
  • da (də) 2008 Jul 19