Tarix : 2019 Dec 24
Kod 59218

İran və Azərbaycan R. universitetlər üzrə bir çox əməkdaşlıq sahəsinə malikdirlər

Tehran Tibb Elmləri Universitetinin beynəlxalq məsələlər üzrə prorektoru deyib ki, İran və Azərbaycan Respublikasının tibb elmləri universitetlərinin həmkarlığı üçün böyük imkanlar var.
Arannews-ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bakıya səfərdə Tehran Tibb Elmləri Universitetinin elm və təhsil üzrə nümayəndə heyətinə başçılıq edən Ramin Kordi IRNA müxbiri ilə müsahibədə əlavə edib: Azərbaycan Respublikası tibb ixtisası sahəsində yaxşı nailiyyətlər əldə edib və magistratura sahəsində də bəzi işlərə başlayıblar və biz də özümüzün yüksək təcrübələrimizlə onlara yaxşı kömək edə bilərik.

O, Azərbaycan Respublikası Tibb Universitetində olmaqda məqsədin, həmkarlıq imkanlarının araşdırılması olduğunu bildirib. Bildirib ki, Tehran Tibb Elmləri Universiteti ölkədə və bölgədə ən yaxşı tibb elmləri universitetidir və region universitetlərinin reytinqində birincidən üçüncüyədək olan yerlərə malikdir və dünya səviyyəsində də çox yaxşı yerdə durur.

Kordi söyləyib: Qərara alındı ki, hər iki tərəfdən ixtisas qrupları təşkil olunsun, Azərbaycan Respublikasının tibb heyəti Tehran Tibb Elmləri Universitetində olsun, müəllimlər üçün magistratura kurslarının təqdim edilməsi, magistratura və doktorantura sahələrində müştərək kursların keçirilməsi üçün birgə şəkildə işləyə bilək.
  • Yazılıb
  • da (də) 2019 Dec 24
  • Göndərən جهان کمالی