Tarix : 2019 Dec 24
Kod 59219

Mehman Hüseynov seçilə bilmədi

Ötən gün keçirilən bələdiyyə seçkilərində ilkin nəticələr artıq Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib.

 Arannews-FaktXəbər-in məlumatına görə, artıq məntəqələrin 90,24 faizi üzrə nəticələr müəyyənləşib. Beləliklə, 1475 bələdiyyə üzrə məlumatlar hazırda MSK-nın bazasındadır.

Qeyd edək ki, bələdiyyə üzvlüyü uğrunda mübarizəyə qatılanlar arasında tanınmış bloger Mehman Hüseynov da var idi. O, 31 saylı Suraxanı seçki dairəsindən Qaraxaçuxur bələdiyyəsinin üzvlüyünə namizəd idi. Yekun nəticələrdən görünür ki, Mehman Hüseynovun adı siyahıdakı 17 nəfər arasında yoxdur.

  • Yazılıb
  • da (də) 2019 Dec 24
  • Göndərən جهان کمالی