Tarix : 2019 Dec 25
Kod 59221

İmam Rzanın (ə) azərbaycanlı zəvvarlarının tozundan şəfa tapan alim

İmam Rzanın (ə) azərbaycanlı zəvvarlarının tozundan şəfa tapan alim

Arannews-Ayətullah Şeyx Muhəmməd Hadi Talihi haqqında mərhum Hacı Şeyx Əbdülkərim nəql edir: “Möhkəm göz ağrısına düçar olmuşdum, nə oxuya bilirdim və nə də yaza bilirdim. Ona görə də mütaliə ilə yazmağı kənara qoymuşdum. Gözümün müalicəsi ilə məşğul olmağa başladım. Ancaq buna baxmayaraq narahatçılığım davam edirdi.

Tətil fəsli idi və mən qatara minib, İmam Rzanın (ə) ziyarətinə getdim. Niyyətim belə idi ki, İmamı (ə) vasitə verərək, Allahdan gözüm üçün şəfa istəyim.

Mən getdiyim kupedə Azərbaycandan olan zəvvarlar var idi ki, xüsusi şövqə malik idilər. Bir-birimizin dilini bilməsək də, xoş qəlbli və pak insanlar olduğunu dərk etmək olurdu.

Onlar da İmamın (ə) ziyarətinə gedirdilər. Onlar bir il idi ki, zəhmət çəkib yerdə işləmiş və torpaqdan əldə etdikləri kiçik məbləğ ilə ziyarətə gedirdilər. Öz halal qazanclarını bu yolda xərcləməyi qərara almışdılar.

Mən qərara aldım ki, onların ayaqlarının torpağını təbərrük edim və ona görə də bu zəvvarların birinin ayaqqabısının tozunu gözümə çəkdim. Mənim bu işimdən onun xəbəri olmadı.

Allah Təala da İmamın (ə) xatirinə gözlərimə elə həmin anda şəfa verdi. Ömrümün sonuna qədər eynəyə belə ehtiyacım olmadı". (Həvzəh)

Alim haqqında nəql edirlər ki, yaşının çox olmasına baxmayaraq, uzaq məsafəni yaxşı görür və eynəyə ehtiyacı olmurdu. Alim başına gələn bu hadisəni dəfələrlə nəql etmişdir.

Bu hadisə İmama (ə) təvəssülün bəhrələrindən biri idi.

Allah bizlərə də belə imanın dadını duymağı qismət etsin…

/Deyerler.org/

  • Yazılıb
  • da (də) 2019 Dec 25
  • Göndərən جهان کمالی