Tarix : 2019 Dec 25
Kod 59222

Azərbaycan Respublikası öz qonşularına qarşı həyata keçirilən sanksiyalara qoşulmayacaq

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq Əlaqələr Komitəsinin sədri deyib: Azərbaycan Respublikası öz qonşularına qarşı sanksiyalara qoşulmayacaq.
Arannews-ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Haqqın.az portalının verdiyi məlumata görə, Səməd Seyidov Azərbaycan Respublikasının beynəlxalq və regional səviyyədə sülhsevər siyasət yeritdiyini xatırladıb və deyib: Bu siyasət ilk növbədə qonşular, o sıradan İran İslam Respublikası ilə qarşılıqlı səmərəli dost münasibətləri nəzərdə tutur.

Seyidzadə deyib: Biz dəfələrlə öz qərbli ortaqlarımızla görüşlərdə Azərbaycan Respublikasının regiondakı siyasətini onlara açıqlamışıq və rəsmi Bakının öz qonşularına qarşı hərhansı sanksiyaya qatılmayacağını bildirmişik.

Azərbaycan Respublikasının parlament rəsmisi həmçinin deyib: Amerikanın iqtisadi sanksiya siyasəti beynəlxalq qanunlara uyğun gəlmir.

Seyidov deyib: Rəsmi Bakı düşünülmüş davamlı siyasət yürüdür və məhz buna görə də, regionda öz qonşuları ilə dinc münasibətlərin gücləndirilməsi prossesini davam etdirəcək.
  • Yazılıb
  • da (də) 2019 Dec 25
  • Göndərən جهان کمالی