Tarix : 2019 Dec 29
Kod 59233

Minsk qrupundan imtina edib, yerinə…” – Sensasion Qarabağ təklifi

“İndiki situasiyada Qarabağ münaqişəsi zonasında gərginliyin artacağını gözləmək lazım deyil”.

Arannews:bunu rusiyalı politoloq Vladimir Lepexin deyib.

Ekspert ATƏT-in Minsik qrupunun Ermənistan-Azərbaycan münaqişəsində oynadığı rola da diqqət çəkib:
 

“İndi Qarabağ münaqişəsinin həllinə bəzi yanaşmalara yenidən baxılması prosesi gedir. On il əvvəl də demişdim ki, ATƏT-in Minsk Qrupu bu problemi heç vaxt həll etməyəcək, həmsədrlər yalnız münaqişəni dondurmaqla məşğuldur.

 

Mənim fikrimcə, bu münaqişənin gələcəyi bölgənin 6 ölkəsinin – Ermənistan, Rusiya, Gürcüstan, İran, Azərbaycan və Türkiyənin iştirak edəcəyi 3 + 3 formatından asılıdır. Əminəm ki, bu gün bəzi yeni səhifələrin açılması lazımdır. Müzakirələri yeni formatda davam etdirmək lazımdır”.

  • Yazılıb
  • da (də) 2019 Dec 29
  • Göndərən جهان کمالی