Tarix : 2019 Dec 30
Kod 59236

Fransa mətbuatı: İranı təcrid etmək mümkün deyil

Fransa mətbuatı: İran, Rusiya və Çinin birgə hərbi dəniz təlimləri bir daha göstərir ki, İranı təcrid etmək mümkün deyildir.
AranNews – Fransa mətbuatı İran, Rusiya və Çinin birgə hərbi dəniz təlimlərini “dəniz hakimiyyətində yeni üçbucaq” adlandıraraq yazıb: “İran Dəniz Donanması cümə günündən etibarən Rusiya və Çinlə birlikdə Hind okeanı və Oman dənizində birgə hərbi təlimlərə başlayacağını bildirib. Bu manevr İranı təcrid etməyin qeyri-mümkünlüyünü göstərir.”
Londonda çapdan çıxan “Rəy əl-Yəvm” qəzeti yazıb: “İran bu hərbi təlimlərlə dünyana mesaj verdi ki, onu təcrid etmək mümkün deyil və Çin və Rusiya kimi böyük strateji dostları vardır. İran qüdrətli ölkələrlə dostluq edir. Çünki İranın ambisiyalı strategiyası, inkişaf etmiş hərbi sənayesi vardır və onun gücü getdikcə artır. Lakin İranın ərəb qonşuları zəif, zəlil və başqalarından asılı olmaq üçün güclü ölkələrlə dostluq edirlər və bu yolda milyardlarla dollar xərcləyirlər. Ona görə də İran inkişaf edir və irəli gedir.”
  • Yazılıb
  • da (də) 2019 Dec 30
  • Göndərən جهان کمالی