İranın aqil və gözüaçıq xalqı bu gün əzəmətli 9 dey yürüşündə iştirak edərək, dünyanın zalım qüvvələrilə mübarizə fəryadı etdi.
Arannews-Fitnəkara ölüm!”, “Amerikaya ölüm!” və “İsrailə ölüm!” şüarları ölkə atmosferini imperializmlə mübarizə və fitnəkarın rədd edilməsi əhval-ruhiyyəsinə bürüyübdür.
Ölkənin rəsmi təqvimində “Gözüaçıqlıq və Ümmətin Vilayətlə Əhd-Peymanı” adlandırılmış və şübhəsiz, İran İslam İnqilabı tarixində inqilabın amalları və müqəddəs İslam Respublikası quruluşunun qorunması üzrə bənzərsiz xalq hərəkətlərindən biri olan və daim yaşayacaq 9 dey qəhrəmanlığı, İranın müsəlman xalqının mübarizələr tarixindəki sayıqlığı, dini və inqilabi qeyrəti və vilayətsevərliyindən yeni bir fəsil açdı