Tarix : 2020 Jan 01
Kod 59246

Nazir: Rusiya Qarabağ düyününün açılmasında əsas rollardan biridir

Azərbaycan Respublikası Xarici İşlər naziri deyib ki, Rusiya Qarabağ münaqişəsinin düyününün açılmasına başlanılmasında əsas rollardan birini oynamağa qadirdir.
Arannews-ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Elmar Məmmədyarov ilin yekunları ilə bağlı bir sıra KİV-ə müsahibəsində bildirib: “Əlbəttə, Rusiya Federasiyasının da həmsədr qismində çıxış etdiyi ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin intensivləşməsinə xüsusi ümid bəsləyirik.

Hesab edirik ki, bölgədəki sülh və sabitlik maraqları tez bir zamanda hiss oluna biləcək siyasi nəticələrə nail olmaq zərurətini diktə edir.

İnanırıq ki, Rusiya, münaqişə düyününün açılmasının başlanılmasında əsas rollardan birini oynamağa qadirdir.”-

Azərbaycan Respublikası Xarici İşlər naziri Elmar Məmmədyarov belə deyib.
  • Yazılıb
  • da (də) 2020 Jan 01
  • Göndərən جهان کمالی