İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Əl Qüds” xüsusi təyinatlı qüvvələrinə yeni komandan təyin olunub.
Arannews-iranın Ali rəhbəri Xamenei İsmail Kaanini yeni komandan təyin edib.
İ. Kaani buna qədər "Əl Qüds” xüsusi təyinatlı qüvvələr komandanının müavini olub.
"Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı olmuş general Qasım Süleymani yanvarın 3-də ABŞ hərbi qüvvələrinin Bağdadda endirdiyi aviazərbələr nəticəsində həlak olub.