Tarix : 2020 Jan 05
Kod 59262

Müqavimət cəbhəsi, Türkiyə, Rusiya və digərləri Qasim Süleymani ilə bağlı mövqelərini bəyan etdilər

Yəmənin "Ənsarullah" hərəkatının Baş katibi Seyid Əbdülməlik əl-Husi, Livanın "Hizbullah" hərəkatının Baş katibi Seyid Həsən Nəsrullah, Fələstinin HƏMAS hərəkatının hərbi qolu olan "İzəddin əl-Qəssam" briqadaları, İraqın "Nücəba" hərəkatı və İraqın "Əshabil əl-Haqq" hərəkatı ABŞ tərəfindən qətlə yetirilən İran İslam Respublikası İnqilab Keşikçiləri Korpusu Qüds briqadaları komandanı general-mayor Qasim Süleymani, İraqın "Həşd Şabi" hərəkatının sədr müavini Əbu Mehdi əl-Mühəndis və digərlərinin ABŞ tərəfindən həlak olmalarına münasibət bildiriblər.

Arannews-Seyid Əbdülməlik əl-Husi verdiyi açıqlamada vurğulayıb ki, ABŞ-ın və İsrail rejiminin ən qatı düşməni olan Qasim Süleymani və digərləri İslam dinin əziz şəhidləridirlər.

"Bu şəxslərin qanı yerdə qalmayacaq. Biz buna icazə verməyəcəyik. Onların bütün müttəfiqləri və başda Səudiyyə Ərəbistan mövqeləri hədəfimizdədirlər", - deyə Seyid Əbdülməlik əl-Husi vurğulayıb.

Rakurs.tv "əl-Mənar" telekanalına istinadən xəbər verir ki, Livanın "Hizbullah" hərəkatının lideri Seyid Həsən Nəsrullah da məsələyə toxunub: "Mən bu şəhadətlərə qibtə edirəm. Əziz şəhidlərimizin qanı yerdə qalmayacaq".

Fələstinin HƏMAS hərəkatının hərbi qolu olan "İzəddin əl-Qəssam" briqadaları da hadisəni pislədiklərini və Qasim Süleymaninin Fələstin müqavimətinə daima dəstək olduğunu xatırladıblar.

İraqın "Nücəba" və "Əshabil Əhli Haqq" hərəkatları da ABŞ-ın bütün hərbi bazalarını vura biləcək raketlərə sahib olacaqlarını və həlak olanlarla fəxr etdiklərini qeyd ediblər.

Bundan əlavə Türkiyənin "Səadət Partiyası"nın sədri Təməl Karamaloğlu da Qasim Süleymaninin ölümünə görə pis olduğunu vurğulayıb.

Türkiyə Xarici İşlər Nazirliyi də tərəflərə çağırış edərək, diplomatik danışıqlara gedilməsini istəyib.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov isə ABŞ-ın bu addımını beynəlxalq hüquqa zidd adlandırıb.

Xatırladaq ki, ABŞ-dakı bəzi senatorlar da baş verən cinayətlərə görə Donald Trampı və ABŞ Adminstrasiyasını qınayıblar.

  • Yazılıb
  • da (də) 2020 Jan 05
  • Göndərən جهان کمالی