Tarix : 2020 Jan 05
Kod 59264

Azərbaycan XİN-dən İrana başsağlığı mesajı

Bu haqda nazirliyin mətbuat xidmətinin məlumatında qeyd edilir.

Arannews-islamazeri.com xəbər verir ki, bu gün, 4 yanvar tarixində Azərbaycan  Xarici İşlər naziri Elmar Məmmədyarovun İran İslam Respublikasının Xarici İşlər naziri Cavad Zərif ilə telefon söhbəti baş tutub.

Bu haqda nazirliyin mətbuat xidmətinin məlumatında qeyd edilir.

Telefon danışığı zamanı Nazirlər bölgədəki son hadisələri və vəziyyətin gərginləşməsini müzakirə ediblər.

Müzakirə zamanı Azərbaycan bütün tərəfləri zorakılıqdan çəkinməyə və regional təhlükəsizliyi möhkəmləndirməyə sadiq qalmağa çağırır.

Elmar Məmmədyarov general Qasim Süleymaninin həlak olması ilə əlaqədar İran İslam Respublikasının rəhbərliyinə və xalqına dərin başsağlığı verib.

  • Yazılıb
  • da (də) 2020 Jan 05
  • Göndərən جهان کمالی