Tarix : 2020 Jan 05
Kod 59265

Ərdoğan: Şəhid Qasim Süleymaninin vəfatından dərin təəssüf hissi keçirirəm

5 yanvar, SalamNews. İraq televiziya kanallarında baxdığım görüntülər İraq xalqınının General Süleynaniyə məhəbbətini aydın göstərirdi.

Arannews-SalamNews xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan iranlı həmkarı Həsən Ruhani ilə telefon danışığı zamanı deyib. Telefon danışığının mətni İran prezidentinin mətbuat katibliyi tərəfindən yayımlanıb.

“Şəhid Süleymaninin vəfatından dərin təəssüf hissi keçirirəm və İran xalqının, sizin və Ali dini liderin qəzəbini anlayıram. İraq televiziya kanallarında baxdığım görüntülər İraq xalqının General Süleymaniyə olan məhəbbətini aydın göstərirdi. Mən də öz növbəmdə Allahdan ona rəhmət diləyirəm”, deyə Türkiyə prezidenti bildirib.

  • Yazılıb
  • da (də) 2020 Jan 05
  • Göndərən جهان کمالی