Tarix : 2020 Jan 06
Kod 59267

Ərdoğan Süleymaniyə şəhid deyib

Prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ tərəfindən öldürülən general Qasım Süleymaniyə "şəhid" deyib-deməməsi Türkiyənin sosial media gündəmi olub.

Arannews-Publika.az-a istinadla xəbər verir ki, mübahisə İranın Ankaradakı səfirliyinin paylaşdığı xəbərdən yaranıb.

Səfirliyin açıqlamasında "Türkiyə Prezidenti Ərdoğan İran Prezidenti Həsən Ruhani ilə telefon danışığında "Şəhid Süleymani"nin yoxluğuna dərindən kədərləndiyini deyib. Bildirib ki, İran xalqı, prezident və dini liderin qəzəbini görür" sözlərinə yer verilib. Məhz buradakı şəhid sözü və onun dırnaq içində verilməsi müzakirəyə səbəb olub.

Lakin TRT-nin ingiliscə yayım edən "TRT Vörld"un rəsmi Tvitter hesabından paylaşılan açıqlamada bu iddia təkzib edilib. Bildirilib ki, Ərdoğan Süleymaniyə şəhid deməyib.

Qeyd edək ki, Türkiyənin Süleymaninin ölümü ilə bağlı rəsmi mövqeyi Ərdoğanın sui-qəsddən sonra iranlı həmkarı Həsən Ruhaniyə zəng edərək başsağlığı verməsilə yekunlaşıb. Bunu Türkiyə Xarici İşlər Nazirliyi Tvitter səhifəsində rəsmi açıqlama ilə yayıb. Açıqlamada başqa bilgiyə yer verilməyib.

  • Yazılıb
  • da (də) 2020 Jan 06
  • Göndərən جهان کمالی