Arannews-islamazeri.com xəbər verir ki, İran azərbaycanlılarının sevimli komandası olan "Traxtur" FK general Qasim Süleymaninin qətlə yetirilməsindən sonra qərar qəbul edib.
Belə ki, komandanın ikinci stadionu "Bonyan Dizel"-in adı general Süleymaninin xatirəsi üçün "Sərdar Qasim Süleymani"-yə dəyişdirildi.
"Traxtor"-un "Bonyan Dizel" ikinci stadionunun adı - Şəhid Qasim Süleymaninin xatirəsi üçün "Sərdar Qasim Süleymani"-yə dəyişdirildi. Sevgi və hörmətlə xatırlayırıq", - deyə komandanın sosial şəbəkə səhifəsində yazılıb