Tarix : 2020 Jan 06
Kod 59269

Azərbaycan İrana başsağlığı verdi

yanvarın 4-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının Xarici İşlər naziri Cavad Zərif ilə telefonla danışıb.

Arannews-Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, telefon söhbəti zamanı nazirlər bölgədə vəziyyətin gərginləşməsinə səbəb olan son hadisələri müzakirə ediblər. Diqqətə çatdırılıb ki, Azərbaycan bütün tərəfləri zorakılıqdan çəkinməyə və regional təhlükəsizliyi möhkəmləndirməyə sadiq qalmağa çağırır.

Nazir E.Məmmədyarov general Qasım Süleymaninin həlak olması ilə əlaqədar İran İslam Respublikasının rəhbərliyinə və xalqına dərin hüznlə başsağlığı verib.

  • Yazılıb
  • da (də) 2020 Jan 06
  • Göndərən جهان کمالی