Tarix : 2008 Jul 19
Kod 5927

İRAN İSLAM RESPUBLİKASI İLƏ APARILAN NÜVƏ MÜZAKİRƏLƏRİNƏ START VERİLİB

ABŞ-ın da ilk dəfə iştirak edəcəyi İranla nüvə müzakirələri çərçivəsindəki görüş İsveçrənin paytaxtı Cenevrədə keçirilir
Iran Servisi/Aran Agentliyi

"Birlik-Azərbaycan" İnformasiya Agentliyi "Fars News" saytına istinadən xəbər verir ki, İsveçrənin Cenevrə şəhərində Avropa Birliyi Xarici əlaqələr üzrə rəsmisi Xavier Solananın başçılığı altında Birləşmiş Millətlər Təhlükəsizlik Şurasına üzv olan ölkələrin nümayəndələrindən ibarət heyətlə İran heyəti arasında görüş 14:30-dan etibarən başlayıb. Fars Xəbər Agentliyinin verdiyi məlumata görə yığıncaqda İran İslam Respublikasının, Milli Təhlükəsizlik Şurasının başçısı və nüvə məsələri üzrə rsəmisi Səid Cəlili ilə birlikdə Əli Misi və Mehdi Sağəri təmsil edir.

Xavier Solana başçılığı altında heyət isə ABŞ, Rusiya, Fransa, Çin, Almaniya və Fransanın nümayəndələrindən ibarətdir..

ABŞ-ın nüvə proqramı üçün İranla rəsmi olaraq ilk qarşılaşması olan yığıncaqda ABŞ-ı Dövlət Katibliyinin rəsmisi Villiam Burnsanın təmsil etdiyi qeyd edilir.

Qeyd edək ki, qapalı keçən müzakirələrdən dərhal sonra Solana ilə Cəlilinin birlikdə bir mətbuat konfransı təşkil edib jurnalistlərin suallarını cavablandıracaqları bildirilir.

  • Yazılıb
  • da (də) 2008 Jul 19