Tarix : 2020 Jan 07
Kod 59272

Hacı Tale Bağırzadə: Həqiqi Əbubəkr əl Bağdadi elə Tranpın özüdür

Qoy bunu İslam dünyasına qənim kəsilən qaniçən düşmənlər, beynəlxalq ipmeralizmin tör-töküntüləri beyinlərində həkk etsinlər ki, Hacı Qasim Süleymani əsla ölmədi. Əksinə, şəhadətə qovuşduğu andan İslam dünyasının düşmənlərinin daha qorxulu röyasına, daha təhlükəli kabusuna çevrildi..."

ƏAhli Beyt (əleyhimus səlam) Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata görə, Amerika Birləşmiş Ştatları İraqda bu ölkəyə rəsmi dəvət olunmuş Sepahın Qüds qanadının generalı Sərdar Süleymaniyə qarşı həyata keçirtdiyi terror aktından dər hal sonra bütün dünya ictimaiyyəti bu terror hadisəsini məhkum etməyə başlayıblar...

Belə ki, Azərbaycan respublikasının məhbəs həyatı sürən, tanınmış ruhanisi Hacı Tale Bağırzadə də öz növəsində bu terror hadisəni qınayaraq Qobustan qapalı cəzaçəəkmə müəssisəsindən məktub yazaraq D. Trampı həqiqi Əbubəkir əl Bağdadi adlandırıb.

ABNA olaraq məktubun tam mətnin siz əzizlərə təqdim edirik:

 

Mərhəmətlli və Rəhimli Allahın adı ilə.

İraq və Suriyada İŞİD-i darmadağın edib çökdürən əfsanəvi komandan Hacı Qasim Süleymani uzun müddətdən bəri şövqlə həsrətini çəkdiyi şəhadət məqamına nəhayətdə qovuşdu. Günlərlə müsəlman dünyasının hüzünlü qəlbi İslamın bu böyük sərkərdəsi ilə döyünür, göz yaşları önun eşq və sevgisi ilə aram-aram süzülməkdədir. Bütün bunlara rəğmən Şəhid komandan yenə də öz işini döyüş meydanında görməkdədir. Bu qorxubilməz və bəsirətli sərkərdə öz məzlumanə şəhadəti ilə sonuncu missiyasını da uğurla yerinə yetirərək bir daha bütün dünyaya göstərdi ki, həqiqi Əbubəkr əl Bağdadi elə Tranpın özüdür. Məgər Tramp seçki kompaniyasında İŞİD-in Obama admistrasiyası tərfindən yaradıldığını ifşa etmədimi? Bəlkə də yalançı Trampın həyatı boyu söylədiyi yeganə doğru xəbəri də elə bu idi. Amma nə faydasi? Məgər Tranpın ifşasından sonra ABŞ-ın terror siyasəti dəyişdimi? Əsla! Əksinə Tranp hakimiyyətə gələr-gəlməz keçmiş sələflərini də geridə qoyaraq beynəlxalq terrorizmi pərdə arxasından deyil, birbaşa idarə olunmasına göstəriş verdi. Hələ bu az imiş kimi bir az da irəli gedərək sözdə Əbu Bəkr əl Bağdadini “öldürub” İŞİD-in funksiyasını nə qədər acınacaqlı olsa da öz üzərinə götürərək tarixin heç zaman unutmayacağı ən mənfur və qəddar terror aktının altından imza atdı. Terrora qarşı mübarizənin simvoluna çevrilən şəxsiyyətlərin namərdcəsinə terror edilməsinə şəxsən o göstəriş verdi.

Terror aktı ABŞ-ın cinayətkar hərbçiləri tərəfindən icra edildi. İŞİD-in №1-li düşməni şəhadət şərbətini içərək ölümsüzləşdi. Yenə də meydanda əfsanəvi şəhid komandan savaşırdı. O böyük şəxsiyyət öz məzlumanə şəhadəti ilə beynəlxalq terrorizmin çöhrəsindən qara liqabı bir tərəfə çəkərək Trampın mənfur və idbar simasını dünyaya nümayiş etdirdi. Qoy bunu İslam dünyasına qənim kəsilən qaniçən düşmənlər, beynəlxalq ipmeralizmin tör-töküntüləri beyinlərində həkk etsinlər ki, Hacı Qasim Süleymani əsla ölmədi. Əksinə, şəhadətə qovuşduğu andan İslam dünyasının düşmənlərinin daha qorxulu röyasına, daha təhlükəli kabusuna çevrildi.

Bəli, bu bir həqiqətdir ki, hər bir şəhid şəhadəti ilə uğrunda öz şirin canından keçməyə hazır olduğu yolu işıqlandırır. Ey İslamın böyük və əzəmətli Sərdarı! Sən də öz şəhadətin ilə heç şübhəsiz izzətli müqavmət yolunu daha da işıqlandırdın. Müqavmət savaşçılarının hidayət məhşəlinə, azğın düşmənlərin qəniminə çevrildin. Ey müqavmət şəhidlərinin sərvəri! Həbsxana divarları səninilə vidalaşmağa, cənazə namazında iştirak etməyə, səni son mənzilə yola salmağa bizə mane olsa da, qəlblərimizdən ilhamlanan dualarımız, göz yaşlarımız səninlədir Sərdar! Ey əsrimizin Malik Əştəri! Ruhun şad, şəhadətin mübarək, yolun işıqlı olsun. Ey İslam ümməti! Başını uca tut! Sənin Qasim Süleymani kimi böyük şəxsiyyətin var. Başın sağ olsun!

Tale Bağırzadə.

  • Yazılıb
  • da (də) 2020 Jan 07
  • Göndərən جهان کمالی