Tarix : 2020 Jan 07
Kod 59273

Amerikanın Bakıdakı səfirliyindən vətəndaşlarına MÜRACİƏT: Ehtiyatlı olun

PaylaşTwitlə ABŞ-ın Azərbaycandakı səfirliyi Amerika vətəndaşlarını ehtiyat tədbirləri görməyə çağırıb

Arannews-Voa"ya istinadən xəbər verir ki, ABŞ-ın Bakıdakı səfirliyi Amerika vətəndaşlarını ehtiyat tədbirləri görməyə çağırıb.

Yaxın Şərqdə gərginlik artır, bu, xaricdəki ABŞ vətəndaşları üçün təhlükə yarada bilər. Bu səbəbdən səfirliyin personalı səfərləri minimuma endirmək barədə göstəriş alıb”, - səfirliyin saytında bildirilib.

Əsasən amerikalılara öz ətrafına diqqət yetirmək, turistlərin toplandığı yerlərdə sayıq olmaq, şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmək, sənədləri əl çatan yerlərdə saxlamaq tövsiyə edilir.

Fövqəladə vəziyyətdə ABŞ səfirliyinin və ABŞ Dövlət Departamentinin telefonlarına zəng etmək tövsiyə olunur.


Amerikanın Bakıdakı səfirliyindən vətəndaşlarına MÜRACİƏT: Ehtiyatlı olun!
  • Yazılıb
  • da (də) 2020 Jan 07
  • Göndərən جهان کمالی