Tarix : 2020 Jan 07
Kod 59274

Qasim Süleymaninin nəşi ilə doğulduğu Kermanda vida mərasimi keçirilib

İranın İslam İnqilabının Keşikçilər Ordusu Qüds Korpusunun ABŞ tərəfindən terrora məruz qalan komandanı Qasim Süleymaninin nəşi ilə vətəni Kermanda vida mərasimi keçirilib.

SalamNews İran mətbuatına istinadla xəbər verir ki, yüz minlərlə insanın iştirakı ilə Kerman şəhərində Qasim Süleymaninin nəşi ilə vida mərasimi keçirilib.

Bu gün generalın şəhərin şəhidlər xiyabanında dəfn ediləcəyi gözlənilir.

Bundan öncə generalın cənazəsilə Kərbəla və Kazimeyn şəhərlərində daha sonra isə İranın Əhvaz, Məşhəd, Tehran və Qum şəhərlərində vida mərasimi keçirilib.

ABŞ-ın təcavüzü nəticəsində şəhid olan İraqın Xalq Səfərbər Qüvvələrinin rəhbər müavini Əbu-Mehdi əl-Muhandis isə Nəcəf şəhərində dəfn ediləcək.

  • Yazılıb
  • da (də) 2020 Jan 07
  • Göndərən جهان کمالی