Tarix : 2020 Jan 08
Kod 59276

Putin Dəməşqdə Əsədlə görüşdü

Rusiyanın prezidenti Vladimir Putin sabahkı Türkiyə səfərindən əvvəl Dəməşqə gəlib.
Arannews-Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitriy Peskov prezident Putinin Dəməşqə getdiyini və suriyalı həmkarı Bəşər Əsədlə görüşdüyünü açıqlayıb: “Vladimir Putin hava limanında Rusiya Silahlı Qüvvələrinin Suriya qrupunun qərargahına doğru yola çıxdı, Dəməşqin küçələrindən keçdi.

Qərargahda Putini Suriyanın prezidenti Bəşər Əsəd qarşıladı. İki lider hərbi səlahiyyətlilərin ölkənin müxtəlif bölgələrindəki vəziyyətlə əlaqədar hesabatlarını dinlədi”.
  • Yazılıb
  • da (də) 2020 Jan 08
  • Göndərən جهان کمالی