Tarix : 2020 Jan 08
Kod 59278

Salami Kermanda Qasim Süleymaninin dəfn mərasimində: Onların sevdiyi yeri məhv edəcəyik

Şəhid general Qasim Süleymaninin dəfn mərasimi Əhvaz, Məşhəd, Tehran və Qumdan sonra bu gün doğulduğu Kerman şəhərinə gətirilib. Ölkənin hərbi və siyasi simaları bu mərasimdə çıxış ediblər.
Arannews-islam Keşikçiləri Qvardiyasının komandanı Hüseyn Salami general Qasim Süleymaninin Kermanda keçirilən dəfn mərasimində deyib: “Son sözü əvvəl deyirəm. İntiqam alacağıq; bərk, möhkəm, peşmanedici, qətiyyətli və tamamedici. Əmin olun, sakit olun.”
SEPAH komandiri çıxışının digər hissəsində deyib: “Bizim intiqam addımından sonra onlar hansısa bir hərəkət etsələr, sevdikləri yeri məhv edəcəyik.”
ABŞ prezidenti Donald Tramp bundan əvvəl demişdi ki, İran intiqam alsa, Amerika ordusu bu ölkənin 52 həssas nöqtəsini, o cümlədən İran üçün mədəniyyət baxımından əhəmiyyət daşıyan məntəqələrini vuracağıq.

 
  • Yazılıb
  • da (də) 2020 Jan 08
  • Göndərən جهان کمالی