Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.
Arannews-FaktXəbər-in Dövlət Sərhəd Xidmətinə istinadən verdiyi məlumata görə, 2020-ci il yanvarın 7-də saat 14:56 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən sərhədçi əsgər Fərzəliyev Fərzəli Əlimürsəl oğlu şəhid olub.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və digər rəhbər vəzifəli zabitlər hazırda hadisə yerindədirlər, Hərbi Prokurorluq ilə birgə zəruri tədbirlər həyata keçirilir.