Tarix : 2020 Jan 08
Kod 59280

İranın vurduğu ABŞ bazasında 80 əsgər ölüb, 200-dən çox yaralı var

İranın İnqilab Keşikçiləri Korpusu İraqın Ənbar və Ərbil şəhərlərində yerləşən ABŞ bazalarını ballistik raketlərlə vurub. ABŞ rəsmiləri hücumu təsdiqləsələr də, ölü və yaralıların sayı barədə məlumat verməyiblər.

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun Kəşfiyyat Xidmətinin yüksək vəzifəli nümayəndəsi, ABŞ-ın İrana raket hücumunda böyük itki verdiyini açıqlayıb.

 

İranın "Fars" agentliyinin yazdığına görə, bazalarda ölənlərin sayı 80, yaralıların sayı isə 200 nəfərdir. Çoxlu sayda PUA və helikopter də vurulub.

İran ordusundan bildirilib ki, əgər ABŞ cavab verərsə, müəyyənləşdirilmiş 104 nöqtə vurulacaq.

  • Yazılıb
  • da (də) 2020 Jan 08
  • Göndərən جهان کمالی