Tarix : 2020 Jan 10
Kod 59285

Mahathir Məhəmməd: İslam ölkələrinin vəhdət vaxtı çatmışdır

Malayziyanın baş naziri Mahathir Məhəmməd: “Amerika dronunun general Süleymaniyə hücumu beynəlxalq qanunlara ziddir. Müsəlman ölkələrinin vəhdət vaxtı çatmışdır.”

AranNews - Malayziyanın baş naziri Mahathir Məhəmməd Qasim Süleymaninin terror
edilməsini beynəlxalq qayda-qanunlara zidd və qeyri-əxlaqi adlandıraraq deyib: “Müsəlman
ölkələri özlərini xarici təhdidlərdən qorumaq üçün birləşməlidir.”
Baş nazir əlavə edib: “Amerikanın general Süleymaniyə qarşı dron hücumu beynəlxalq
qanunlara ziddir və onun terror edilməsi terrorizmin artmasına səbəb ola bilər. İndi müsəlman
ölkələrinin vəhdət vaxtı çatmışdır.”
M. Məhəmməd vurğulayıb: “Artıq təhlükəsizlik yoxdur. Əgər bir nəfər kimisə təhqir etsə, ya
onun sevmədiyi bir sözü desə, onun haqqı varmı ki, digər bir ölkədən dron göndərsin və onu
vursun?
  • Yazılıb
  • da (də) 2020 Jan 10
  • Göndərən جهان کمالی