Ermənipərəst rusiyalı şair Viktor Aleksandrov Azərbaycanın işğal altındakı Ağdam rayonuna səfərindən fotolar paylaşıb.
Arannews-Nur-az.com:Dağlıq Qarabağda müxtəlif görüşlər keçirdikdən sonra, ermənilərin viran qoyduğu Ağdama gəlib. Ağdam məscidinə qalxan Aleksandrov fotolar çəkib, Qarabağla bağlı təhrif olunmuş məlumatlar verib.
Xatırladaq ki, 1976-cı ildə Leninqradda (indiki Sankt-Peterburq) şəhərində anadan olan Viktor Aleksandrov erməni qadınla evlidir. O 1994-cü ildə könüllü olaraq Qarabağa işğalçı Ermənistan ordusunun tərkibində döyüşməyə gəlsə də, həmin vaxt hərbi əməliyyatların dayandırıldığını yazıb.
Ağdam məscidindən çəkilən ən son fotoları təqdim edirik: