Tarix : 2020 Jan 13
Kod 59297

İraq Mədəniyyət Nazirliyi general Süleymaninin şəhid edildiyi yerdə böyük abidəsinin ucaldılmasına qərar verib

İraq Mədəniyyət Nazirliyinin qərarı ilə general Qasim Süleymani və Həşdi-Şabi qüvvələrinin ikinci komandiri Əbu Mehdi əl-Mühəndisin şəhid edildiyi yerdə onların böyük abidəsi ucaldılacaq.

Arannews-RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə İraq parlamentinin mədəniyyət və turizm komitəsinin müraciəti əsasında qərar qəbul edilib.

Komitə üzvü Əli əl-Hmeydainin verdiyi məlumata görə, abidə Bağdad aeraportundan bir qədər aralıda avtomobillərin partladıldığı ərazidə ucaldılacaq. "Mədəniyyət naziri Baş İncəsənət İdarəsinə abidənin hazırlanması ilə bağlı tenderin keçirilməsi və lazımı işlərin görülməsi barədə tapşırıq verib", - deyə deputat bildirib.

  • Yazılıb
  • da (də) 2020 Jan 13
  • Göndərən جهان کمالی