Tarix : 2020 Jan 13
Kod 59299

İngiltərə müdafiə naziri: Amerika dünyaya liderlik rolunu itirib

İngiltərənin müdafiə naziri: Amerika dünyaya liderlik rolunu itirib və Donald Trampın dövlət başçısı olduğu vaxtdan Amerikanın geriçəkilməsinin artmasının mənası budur ki, Britaniya öz müdafiə proqramlarına yenidən baxmalıdır.
AranNews - İngiltərənin müdafiə naziri Rabert Uollas bazar günü “Sunday Times” qəzetinə verdiyi açıqlamasında deyib: “Amerika dünyaya liderlik rolunu itirib və Donald Trampın dövlət başçısı olduğu vaxtdan Amerikanın geriçəkilməsinin artmasının mənası budur ki, Britaniya öz müdafiə proqramlarına yenidən baxmalıdır.”
Müdafiə naziri Amerikanın dünyaya liderliyini itirməsindən narahat olduğunu və bu məsələnin onun bir çox gecələr oyaq qalmasına səbəb olduğunu vurğulayaraq deyib: “Bu hadisə həm dünya, həm də bizim üçün çox pisdir. Biz ən pis senari üçün hazırlaşırıq və ən yaxşı hadisəyə ümid edirik.”
  • Yazılıb
  • da (də) 2020 Jan 13
  • Göndərən جهان کمالی