Tarix : 2020 Jan 14
Kod 59301

MBH-nın yaranmasından 5 il ötür

Bu gün Müsəlman Birliyi Hərəkatının (MBH) yaranmasından 5 il ötür.
Arannews-Vetenugrunda.az-ın verdiyi xəbərə görə, MBH-nın rəhbərliyi bu münasibətlə verdiyi açıqlamada maraqlı məqamlara toxunub:
“Qaranlıqları aydınladacaq işıqlı bir sabahın gəlcəyi şübhəsizdir. Biz, fəaliyyətimizi əhatə edən beş illik bir zamanda hər kəsə dost əli uzatdıq. Hədəfimizi elə ilk gündən də bu prinsip üzərində qurduq: BİRLİK.
Müəlman Birliyi Hərəkatı bu beş illik bir zamanda ümmətçilik dəyərlərini milli məfkurəyə kökləyib hər kəsə qucaq açdıq. Hər növ məhrumiyyətlərə baxmayaraq bütün haqqsız addımlara etirazçı olduq. Cəmiyyətdə ictimai ədalətsizliyə haqq əlimizi uzatdıq.
Sinfindən, siyasi düşüncəsindən, idioloji bazasından asılı olmayaraq həqiqətin yanında, zülmün qarşıında olmağa çalışdıq. Heç şübhəsiz bunun bədəlini ödəyir və ödəməkdəyikdə. Lakin bütün bunlar hərəkatı fəaliyyətindən saxlamadı.
Çox yaxınlarımız, dost və əqidə yoldaşlarımız məlum təzyiq və hədələr səbəbindən bizlərdən uzaqlaşsa da, biz onlara dost sevgimizi əsirgəmədik. Şərlənib terrorçu böhtanına mübarizəmiz, şərəfli fəaliyyətimiz ilə zərbə endirməkdən usanmadıq. Bu çətin günlərdə sədaqətli dostlar hər növ təhlükəni göz önünə alıb yanımızda oldularda.
Onların bəzisi isə məhbəs barmaqlıqları arasından bizim həqiqət səsimizi dünyanın hər bir nöqtəsinə çatdıraraq hərəkatın hədəfinə inandılar. Və elə buna görə də hərəkat bu illəri təqib və təzyiq məngənəsinə Allaha inam, yaxınların sevgisi və dosların dəstəyi ilə sinə gərə bildi. Budur, biz növbəti mərhələnin astanasındayıq. Beş illik bir tarixi arxada qoyub, növbəti illərin uğurunu qazanmaq üçün yenidən ayaqdayıq.
İslami və milli məfkurədə ümmətçilik, vətənpərvərlik, birlik, bərbərlik, həmrəyliklə!
Müsəlman Birliyi Hərəkatı”.
  • Yazılıb
  • da (də) 2020 Jan 14
  • Göndərən جهان کمالی