Tarix : 2020 Jan 14
Kod 59302

AXCP-nin Ali Məclis üzvü həbs olunub

AXCP Salyan Rayon Təşkilatından Ali Məclis üzvü Əlizamin Salayev yanvarın 13-də 30 sutka inzibati cəza alıb. Əlizamin Salayev İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq) ilə ittiham olunub.

Arannews-Məlumatı Meydan TV-yə AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn verib.

İlham Hüseyn bildirib ki, Əlizamin Salayev həbs olunanda onunla birgə məclis üzvü Nicat Abdullayev və Binəqədi rayon təşkilatının üzvü Ceyhun Novruzov da olub, hər ikisi 50 manat cərimələnib. Onları İnzibati Xətalar Məcəlləsinin 510.1 maddəsi (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) ilə ittiham ediblər. Hər üç cəbhəçini çayxanadan gəlib aparıblar.

İlham Hüseynin sözlərinə görə, Əlizamin Salayev ittiham olunduğu maddə quramadır:

"AXCP fəalı bir həftə əvvəl Salyan polisinin əxlaqsız hərəkətini göstərən video yaydığı üçün inzibati cəza alıb”.
  • Yazılıb
  • da (də) 2020 Jan 14
  • Göndərən جهان کمالی