Tarix : 2020 Jan 16
Kod 59312

Bakı-Tehran ticarət mübadilələri 30% artıb

Azərbaycan Respublikası baş nazirinin müavini deyib ki, 2019-cu ildə bu ölkə ilə İran arasındakı ticarət dövriyyəsi həcmi 30 faiz artıb.
Arannews-ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Şahin Mustafayev bu ölkənin prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən 2019-cu ildə Azərbaycarn Respublikasının iqtisadi fəaliyyətlərinin nəticələri iclasındakı çıxışında bu mətləbi bildirib.

Bu azəri rəsmi əlavə edib ki, ötən il iki ölkənin müxtəlif sahələrdəki iqtisadi anlaşmalarında olduqca mühüm nəticələr əldə olunubdur.

O, deyib: Dünyanın cari şəraitində, regionun mürəkkəb vəziyyətində və digər probelmlərin yarandığı bir halda bu mühüm nəticələrə çatmaq əslində Azərbaycarn Respublikası üçün mühüm bir nailiyyət sayılır.

Azərbaycan Respublikasının baş nazir müavini həmçinin belə qeyd edib: Bakı İran və Rusiya ilə əməkdaşlıqda şimal-cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi sahəsində lazımi addımlar atacaqdır.

Mustafayev bildirib ki, Azərbaycan Respublikası öz ərazisində şimal-cənub beynəlxalq nəqliyyat dəhlizinin təkmilləşdirilməsi formasında şose və dəmir yolları marşrutlarının yaradılması ilə bağlı işlərin böyük bir hissəsini yerinə yetirib. O, əlavə edib: Qərara alınıbdır ki, cari milad ilində Azərbaycan Respublikası-İran sərhədində yeni şose yolu körpüsünün inşası başlansın və bu iş 2021-ci ildə başa çatsın.

Azərbaycan Respublikasının baş nazir müavini həmçinin əmin olduğunu bildiribdir ki, bu ölkənin Astara şəhərindən İran sərhədinədək yeni şose yolunun inşası da cari milad ilində başa çatacaq.
  • Yazılıb
  • da (də) 2020 Jan 16
  • Göndərən جهان کمالی