Tarix : 2020 Jan 17
Kod 59313

Vəkillər Kollegiyası Elçin Sadıqov barəsində intizam icraatına xitam verib

Bu barədə vəkil Elçin Sadıqov Facebook səhifəsində yazıb.

Yanvarın 15-də Vəkillər Kollegiyasının Rəyasət Heyəti Baş Prokurorun birinci müavini Rüstəm Usubovun vəkil Elçin Sadıqovla bağlı şikayəti üzrə başlanmış intizam icraatına xitam verib.

Bu barədə vəkil Elçin Sadıqov Facebook səhifəsində yazıb.

“Eyni zamanda fərdi fəaliyyətimin davam etdirilməsi barədə müraciətim təmin edildi. Əlavə olaraq vəkilliyin 100 illiyi medalına layiq görüldüyüm bildirildi,” o qeyd edib.

2019-cu il noyabrın 14-də Baş Prokurorun birinci müavini Rüstəm Usubov vəkil Elçin Sadıqovdan şikayət edib. Şikayət oktyabrın 30-da Sadıqovun sosial şəbəkədə yazdığı statusla bağlı olub.

"Hüquq müdafiəçisi Oqtay Gülalıyevin maşınla vurulması anı videosuna baxdım və status yazdım. Statusda yazdım ki, qənaətimcə Oqtay Gülalıyev qəsdən vurulub. Bu statusumdan Rüstəm Usubov Vəkillər Kollegiyasına şikayət edib," vəkil qeyd edib.

Elçin Sadıqov deyib ki, Rüstəm Usubovun şikayəti heç bir hüquq normasına sığmır və Azərbaycanda vəkillik institutunun gözünün qorxudulmasına, Azərbaycanı mütərəqqi dünyanın gözündən salmağa xidmət edir.

  • Yazılıb
  • da (də) 2020 Jan 17
  • Göndərən جهان کمالی