Tarix : 2020 Jan 18
Kod 59316

Rusiya və Suriya amerikalı qüvvələrinin Qərbi Asiyadan çıxmasını tələb etdi

Rusiya və Suriya birgə bəyanat yayaraq Amerikanın Qərbi Asiyadakı hərəkətlərini pisləyərək, bu ölkədən öz qüvvələrini regiondan çıxarmağı tələb edib.


“Əl-Aləm” telekanalının verdiyi xəbərə görə, Rusiya və Suriya birgə bəyanat yayaraq Amerikanın Qərbi Asiyada öz hərbi qüvvələrini artırmasını pisləyib. İki ölkənin qərargahları tərəfindən yayılan birgə bəyanatda deyilir: “Vaşinqton verdiyi vədə əsasən, öz hərbi briqadalarını regiondan çıxarmaq əvəzinə, onların sayını artırmaq və məntəqədə gərginliyi şiddətləndirmək ardıncadır. Halbuki, öz qüvvələrini çıxarmaqla məntəqədə gərginliyə son qoyulmasına şərik ola bilər.”
Bəyanatda vurğulanır ki, Amerikanın SEPAH Qüds Qüvvələrinin komandanı general Qasim Süleymanini terror etməsinin ardınca suriyalı köçkünlərinin öz ölkələrinə qayıtmasında problemlər yaranıb.
  • Yazılıb
  • da (də) 2020 Jan 18
  • Göndərən جهان کمالی