“Arannews-Report”un yerli bürosu xəbər verir ki, şəhidin doğulduğu Saqareco rayonunun Yormuğanlı kəndində 20 Yanvar şəhidlərinin və 9 Aprel hadisəsi qurbanlarının xatirəsinə ucaldılan abidə ziyarət olunub. Anım tədbirində Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, şəhidin qohumları, tələbə yoldaşları, ziyalılar və səfirlik əməkdaşları iştirak ediblər.