İran Kosmik Təşkilatının rəhbəri: “Zəfər peyki 500 km-lik orbitdə dayanacaq və hər gün 15 dəfə Yer kürəsi ətfarında fırlanacaq.
Arannews-iran Kosmik Təşkilatının rəhbəri “Zəfər” peykinin “Simurğ” peyki ilə buraxılmasınıxəbər verərək deyib: “İran kosmik dövr sahibliyi klubuna qoşulan dünyanın ilk 9 ölkəsindən biridir. Beləliklə, biz kosmik dairənin 6 əsas sütunu: layihə, peykdaşıyıcılar hazırlanması, baza layihəsi və qurulması, nəzarət dayanacaqları, istiqamət və peyk məlumatlarının emalına sahiblik edirik və bütün bunlar daxili tədqiqatçıların vasitəsilə lokallaşdırılıb.”
Bərari Zəfər peykinin 500 km-lik ortbitdə yerləşəcəyini vurğulayaraq deyib: “Zəfər peyki hər 94 dəqiqədə 1 dəfə, yəni gündə 15 dəfə Yer kürəsi ətrafında fırlanacaq.
Bu peyk təhvil verildikdən sonra kosmik bazaya daşınmaq üçün hüquqi və müvafiq orqanlarla razılaşmalar həyata keçirilir. Hazırlıq işləri başa çatdıqdan sonra onun orbitə buraxılması baş tutacaq.”