R.T.Ərdoğan Türkiyə və Suriya rəsmiləri arasında uğurlu danışıqların olduğunu bildirdi
Arannews-RİA-ya istinadən verdiyi xəbərə əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MKT) başçısı Hakan Fidanın Rusiya, Suriya və İrandan olan həmkarları ilə uğurlu danışıqları barədə bəyan edib.
“Ən mühümü - H.Fidanın Rusiya, Suriya və İran tərəfləri ilə, öz həmkarları ilə olan münasibətləridir. Bu danışıqlar uğurla aparılıb”, - deyə Ərdoğan bildirib.
Xatırladaq ki, daha öncə 13 Yanvar tarixində Moskvada Rusiya, Suriya və Türkiyə kəşfiyyat başçılarının 3-tərəfli görüşü baş tutub. Dəməşq və Ankaranı həmin görüşdə Suriya Milli Təhlükəsizlik Bürosunun başçısı Əli Məmlük və Türkiyə MKT başçısı Hakan Fidan təmsil edib.
Türkiyə-Suriya arasındakı buzlar əriyir: Ərdoğandan maraqlı açıqlama