Tarix : 2020 Jan 22
Kod 59333

İmişlidə dəfn olunan naməlum şəhidlərdən birinin kimliyi bilinib; Yenidən dəfn olunacaq - Yevlaxda

İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında dəfn edilən naməlum şəhidlərdən birinin kimliyi dəqiqləşib.
 

Arannews-islamazeri.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Əsir vəitkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib. 

Məlumatda deyilir: "1993-1994-cü illərdə Füzuli rayonu istiqamətində işğalçı Ermənistanın silahlı birləşmələrinin hücumlarının qarşısını alarkən döyüşlərdə həlak olaraq tanınmadan İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında dəfn edilmiş şəhidlərə aid meyit qalıqları Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə ekshumasiya olunmuş və müvafiq nümunələr götürülmüşdür. Meyit qalıqlarından və dəfn edilmiş şəxslərin yaxın qohumları olduğunu iddia edən ailə üzvlərindən götürülmüş nümunələrin eyniləşdirilməsi zamanı meyitlərdən birinin valideyn-övlad səviyyəsində qohumluq əlaqəsinin olduğu müəyyən edilmişdir.

Hərbi rituallara uyğun olaraq, həmin şəhidin nəşi ailə üzvlərinin istəyi ilə Yevlax şəhərindəki Şəhidlər xiyabanında 2020-ci il yanvarın 23-də saat 15:00-da dəfn ediləcək".


İmişlidə dəfn olunan naməlum şəhidlərdən birinin kimliyi bilinib; Yenidən dəfn olunacaq - Yevlaxda

 
  • Yazılıb
  • da (də) 2020 Jan 22
  • Göndərən جهان کمالی