Tarix : 2020 Jan 23
Kod 59336

İzdihamlı əza mərasimi keçirildi )

İzdihamlı əza mərasimi keçirildi )

Arannews-Ahlibeyt.ge xəbər verir ki, bu gün “Gürcüstan Əhli-beyt (ə) cəmiyyəti”, həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən “Əhli-beyt (ə) Aşiqləri Forumu” və “Zeynəb (s.ə) Qadınlar Birliyi”nin birgə təşkilatçılığı ilə İslam Peyğəmbərinin (s) ciyərparəsi xanımlar хanımı Fatimeyi-Zəhranın (s.ə) şəhadəti münasibəti ilə izdihamlı əza mərasimi keçirildi.

Həzrəti Fatiməyə (s.ə) keçirilən əza məclisinin aparıcısı Kərbəlayi Elçin Daşdanoğlu ilk öncə çıxış edərək əzadarları salamladı və hər kəsə başsağlığı verdi.

Sonra Qurani-Kərimdən bir neçə ayəni öz gözəl səsi ilə tilavət etmək üçün Quran qarisi Rza Cəfəri dəvət olundu.

Mərasimdə moizə etmək üçün söz Ayətullah Sistaninin Birosuna Bağlı Türkiyə Alulbeyt qurumunun təmsilçisi, ilahiyyatçı, araşdırmaçı, yazar, dəyərli ustad Mehdi Aksu verildi. O xanım Zəhranın (s.ə) ömründə olan ibrətlərdən danışaraq, xanımın ömürünün son anlarını xüsusi vurğuladı.

Daha sonra Əhli-beyt (ə) məddahı Rza Cəfərinin Hz. Fatimənin (s.ə) şəninə rövzə və mərsiyyələri və fərəc duasını oxuması ilə yekunlaşdı.

Əza mərasimindən sonra ehsan süfrəsi açıldı.




 
  • Yazılıb
  • da (də) 2020 Jan 23
  • Göndərən جهان کمالی