Suriya hökumətinin hücumlarından dolayı İdlibdən 400 minə yaxın insan Türkiyə sərhədinə doğru yola çıxıb.
Arannews-Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkellə görüşdən sonra keçirdikləri birgə mətbuat konfransında deyib.
“Sürətlə sığınacaqlar hazırlamaq üçün səfərbərlik elan etdik. Sığınacaqlar sərhədə 30-40 kilometrlik məsafədə qurulacaq”, - dövlət başçısı qeyd edib.