Tarix : 2020 Jan 25
Kod 59345

Bakıda şəhid general Süleymaninin xatirəsinə ədəbi-bədii müsabiqə keçirilir

Elan olunmuş çağırışa əsasən, imperializm və zülm ilə mübarizə və ədalətsevərlik nümunəsi, həmçinin müqavimətin bu böyük sərkərdəsinin rəşadətləri və fədakarlıqları barədə nəzərəçarpacaq sayda ədəbi-bədii əsər İranın Bakıdakı Mədəniyyət Mərkəzinə daxil olub.

Əhli Beyt (əleyhimus səlam) Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata görə, Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Hac Qasem Soleymaninin şəhadəti münasibətilə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət mərkəzinin ciddi-cəhdi ilə şer, musiqi, məqalə, xəttatlıq və rəsm əsərləri, həmçinin klip üzrə müsabiqə və anım mərasimi keçirilir.

Elan olunmuş çağırışa əsasən, imperializm və zülm ilə mübarizə və ədalətsevərlik nümunəsi, həmçinin müqavimətin bu böyük sərkərdəsinin rəşadətləri və fədakarlıqları barədə nəzərəçarpacaq sayda ədəbi-bədii əsər İranın Bakıdakı Mədəniyyət Mərkəzinə daxil olub. Münsiflər heyəti tərəfindən müxtəlif sahələr üzrə əsərlər seçiləcək və qaliblərə mükafatlar və təşəkkür lövhələri təqdim olunacaqdır.

General Qasem Soleymaninin şəhadətilə bir zamanda, Azərbaycan Respublikası xalqının müxtəlif təbəqələri İran İslam Respublikasının Bakıdakı nümayəndəlikləri və mərkəzlərində, həmçinin bu şəhərdə yaşayan iranlıların hüseyniyyəsində olaraq, İran xalqı və dövlətinə başsağlı veriblər. Onlar İran xalqı və dövlətinin kədəri ilə bölüşərək, bu terror hərəkətini pisləyib, həmçinin mədhiyyələr, dini nəğmələr və xəttatlıq əsərləri təqdim edərək, İslamın bu şücaətli sərkərdəsinə öz sevgilərini ifadə ediblər.

  • Yazılıb
  • da (də) 2020 Jan 25
  • Göndərən جهان کمالی