Tarix : 2020 Jan 26
Kod 59347

Serjin mirası budur: 7 rayon qayıtmalı, sonra... - Nikoldan şok

Ermənistan Baş naziri Nikol Paşinyan Qafanda bu gün keçirdiyi mətbuat konfransında Qarabağ danışıqları ilə bağlı sensasion məqamları açıqlayıb.

Arannews-Axar.az xəbər verir ki, Paşinyan keçmiş prezident Serj Sərkisyandan ona Qarabağ məsələsi ilə bağlı hansı mirasın qaldığından bəhs edib.

O vurğulayıb ki, bir müddət əvvəl mediada Serj Sərkisyanın apardığı Qarabağ danışıqları ilə bağlı sənəddən bəhs edilib:

“Əvvəlki hakimiyyət tərəfindən bu sənədlər təkzib edilmədi, bizə isə doğrudan da belə bir miras qaldığını doğrulamaq qalır”.

Onun sözlərinə görə, Qarabağ konfliktinin nizamlanması çərçivəsində yeddi rayon – Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Kəlbəcər və Laçının Azərbaycana qaytarılması sənəddə öz əksini tapıb, həmçinin, Ermənistanla Dağlıq Qarabağ arasında koridorun saxlanılması şərti də:

“Qeyd edilir ki, tərəflərin razılığı ilə BMT və ya ATƏT-in vasitəçiliyi ilə Qarabağın son statusu müəyyən ediləcək – hansı ki, qanuni qüvvəsi məcburi olacaq və beynəlxalq prinsiplərə əsaslanacaq.

Gəlmələr mütləq 5 rayondan çıxmalıdırlar (Qarabağətrafı rayonlarda qanunsuz erməni məskunlaşmalarından söhbət gedir – red.). Beynəlxalq sülhməramlı missiyalar yerləşəndən sonra Azərbaycanın mülki əhalisi sözügedən ərazilərə yerləşəcək və ordakı mövcud silahlı qüvvələr hamısı çıxarılacaq.

Sənədə əsasən, sülhməramlı qüvvələr keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədinə yerləşdirilir, - Kəlbəcər və Laçın rayonları istisna olmaqla. Kəlbəcər ATƏT-in monitorinq missiyasının nəzarəti altında qalır.

Paralel olaraq status məsələsi müəyyənləşənə qədər yüksək tədbirlər görülür, Dağlıq Qarabağa onun gündəlik həyatını zəmanət altına alan keçici status verilir.

Yayılan məqalədə bu sənədin hazırda masada olduğu bildirilir. İndi bizi suçlayırlar ki, biz bu mirası itirmişik”, - Paşinyan bildirib.

O qeyd edib ki, Ermənistan danışıqlara bu başlanğıc nöqtəsindən davam etməyə razılıq versə, beynəlxalq ictimaiyyət heç bir problem yaratmayacaq.

“İndi qoy Qarabağın bütün “prezidentliyə namizədlər”i desin: onlar üçün bu mətni qəbul edəkmi? Qoy Qarabağ və Ermənistan xalqı desin, bu sənədi onlar üçün qəbul edəkmi? Əgər “Qarabağ xalqı” bunu danışıqların əsası kimi qəbul edirsə, mən zəmanət verirəm ki, onda bu sənəd dərhal müzakirə masasına yatırılacaq”.

  • Yazılıb
  • da (də) 2020 Jan 26
  • Göndərən جهان کمالی