Tarix : 2020 Jan 28
Kod 59358

Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbulu başlayıb

Bu gündən Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbuluna başlanılıb.

Arannews-Sənədlərin qəbulu may ayına kimi davam edəcək. Ziyarətə getmək üçün 4 nəfər müraciət edib.

Qiymətlərə gəlincə, bu il ötən ilki ilə müqayisədə (ötən il 4285 dollar) 205 dollar bahalaşma olub. Belə ki, Həcc ziyarətinə getmək istəyən şəxslər 4490 dollar ödəməli olacaqlar. Bu il zəvvarlar üçün komfortlu otellər nəzərdə tutulub.

Ötən il olduğu kimi bu il də kvotaların sayı (ötən il 1400) təxminən eynidir.

Qeyd edək ki, Azərbaycanda rəsmi olaraq Həcc ziyarətini QMİ təşkil edir.

  • Yazılıb
  • da (də) 2020 Jan 28
  • Göndərən جهان کمالی