Tarix : 2020 Jan 29
Kod 59361

Xanım Fatimeyi-Zəhranı (ə.s.) və xanədanını sevənlərin məqamı

Xanım Fatimeyi-Zəhranı (ə.s.) və xanədanını sevənlərin məqamı
Peyğəmbəri-Əkrəm (s) Xanım Fatimeyi-Zəhranın (ə.s.) Qiyamətdəki fəzilət və məqamı haqqında belə buyurmuşdur:

يوحِي اللّهُ عَزَّوجَلَّ إلَيها: يا فاطِمَةُ، سَليني اُعطِكِ، وتَمَنَّي عَلَيَّ اُرضِكِ. فَتَقولُ: إلهي أنتَ المُنى وفَوقَ المُنى، أسأَلُكَ أن لا تُعَذِّبَ مُحِبّي ومُحِبَّ عِترَتي بِالنّارِ. فَيوحِي اللّهُ إلَيها: يا فاطِمَةُ، وعِزَّتي وجَلالي وَارتِفاعِ مَكاني، لَقَد آلَيتُ عَلى نَفسي، مِن قَبلِ أن أخلُقَ السَّماواتِ وَالأَرضَ بِأَلفَي عامٍ، أن لا اُعَذِّبَ مُحِبّيكِ ومُحِبّي عِترَتِكِ بِالنّار

“Allah-Taala Qiyamət günü ona belə vəhy edər: “Ey Fatimə, məndən istə, sənə əta edim və Məndən xahiş et, səni razı salım!”

Fatimə deyər: “Ey mənim Rəbbim, Sən arzum və ən böyük arzusan! Səndən xahişim budur ki, məni və xanədanımı sevənlərə Cəhənnəm odu ilə əzab verməyəsən.”

Allah vəhy edib buyurar: “Ey Fatimə! İzzət, şövkət və böyük məqamıma and olsun, Mən göyləri və yeri yaratmamışdan iki min il öncə səni və xanədanını sevənləri Cəhənnəm odunda yandırmayacağıma and içmişəm.” (“Təvilu ayatiz-zahirə”, səh.474.)
  • Yazılıb
  • da (də) 2020 Jan 29
  • Göndərən جهان کمالی