Tarix : 2020 Jan 31
Kod 59364

İran və Türkiyə Trampın "Əsrin anlaşması" planına: "Bu anlaşma ölü doğuldu!"

Tramp nəhayət "Əsrin anlaşması"nı təqdim edib.

İslamazeri.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp nəhayət "Əsrin anlaşması"nı təqdim edib.

O Fəslətinin paytaxtı Şərqi Qüds olmaqla müstəqil dövlət elan edilməsini təklif edib. Donald Tramp əlavə edib ki, fələstililər sülh prosesi çərçivəsində özünü idarə edəcək addımlar atmalıdır.

Bunun müqabilində İsrail Fələstin ərazilərində yaşayış məntəqələrinin inşasını dondurmalıdır. Rəsmilərin bildirdiyinə görə, bu müddət ərzində Fələstin dövlətçiliyinin təsisi müzakirə edilməlidir.

İsrail-Fələstin sülh müzakirələri 2014-cü ildən dalana dirənub. Lakin Trampın təklifinin müzakirələrin bərpasına yol açacağı bəlli deyil.

ABŞ rəsmiləri fəslətinlilərin müzakirələr təklifinə skeptik yanaşdığını, lakin zaman keçdikdcə onların müzakirələrə başlayacağına ümid etdiklərini bildirib.

Qeyd edək ki, bu anlaşma hətta ABŞ-a və danışıqlara müsbət yanaşan FM-nın rəhbəri Mahmud Abbas tərəfindən dəfələrlə rədd edilib. Açıqlanmamışdan əvvəl Mahmud Abbas Trampı ağır ifadələrlə tənqid etmişdi.

Türkiyə ABŞ-ın Fələstin-İsrail məsələsinə “həll yolu tapmaq” iddiası ilə hazırladığı saxta sülh planının ölü doğulduğunu bildirib.

Xarici İşlər Nazirliyinin açıqlamasında “ABŞ-ın saxta sülh planı ölü doğulub. Bu plan problemin ikitərəfli danışıqlar yolu ilə həllini məhv etmək və  Fələstin torpaqlarını qəsb etmək məqsədi güdür”, -deyə bildirib.

Qüsdün Türkiyənin qırmızı xətti olduğuna işarə edilən açıqlamada ABŞ Prezidenti Donald Trampın  İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə açıqladığı Yaxın Şərqdə 100 illik "Əsrin sövdələşməsi" planında Fələstinlə bağlı mövqeyi pislənib və “Fələstin xalqı və torpaqları pulla satın alınmaz. Qüds qırmızı xəttimizdir. İsrailin işğalına haqq qazandıracaq addımlara icazə verməyəcəyik. Qardaş Fələstin xalqının yanında olacağıq. Fələstin ərazilərində müstəqil Fələstin üçün mübarizəmizi davam etdirəcəyik”, deyə əlavə edilib.

Açıqlamada daha sonra vurğulanıb ki, Fələstinin qəbul etməyəcəyi hər hansı bir planı Türkiyə də dəstəkləmir. İşğal siyasətinə son qoymadan Yaxın Şərqə sülh gələ bilməz.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustfa Şəntop da ABŞ-ı təktərəfli mövqeyində qınayaraq, bu planın nəticəsiz qalacağını bildirib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dəfələrlə sionist "Əsrin anlaşması" planına "bu anlaşma ölü doğulacaq" demişdi.

O dünən tvitterdə deyib ki,  bu plan region və dünya üçün kabusdur.

Məhəmməd Cavad Zərif bunu tez-tələsik tikilmiş və uğursuz qalmış xəyali bir plan adlandırıb.

"Ümid edilir ki, bu plan yanlış yolda durmuş bütün müsəlmanlar üçün həyəcan siqnalı olacaq.", -deyə Zərif əlavə edib.


İran və Türkiyə Trampın "Əsrin anlaşması" planına: "Bu anlaşma ölü doğuldu!"

  • Yazılıb
  • da (də) 2020 Jan 31
  • Göndərən جهان کمالی