Müsəlman Birliyi Hərəkatının daha 6 üzvü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunublar.
Arannews-Bu barədə Müsəlman Birliyi Hərəkatının mətbuat xidməti məlumat yayıb.
Məlumatda vurğulanıb ki, üzvlərin BMCMİ-yə dəvət olunmasına görə MBH narahatlığını ifadə edir.
Qeyd olunub ki, Müsəlman Birliyi Hərəkatı baş verənləri təzyiq olaraq qiymətləndirir: "Hüquq mühafizə orqanları normal hüquqi fəaliyyətimizə maneələr törədirlər. Bu barədə ölkəmizdəki səfirliklərə, diplomatik korupuslara və eyni zamanda beynəlxalq təşkilatlara da müraciət olunacaq"